Boks

Dünya çempionu statusunu döyüşsüz itirdi – Nə baş verir?

Amerikalı boksçu Terens Krouford (40-0, 31 KO) artıq ağır çəkidə şəksiz çempion deyil.

Aut.az xəbər verir ki, IBF, Errol Spenclə (28-1, 22 KO) revanş oyununa çıxmadığına görə Kroufordu titulundan məhrum edib.

Qeyd edək ki, IBF qaydalarına əsasən, çempionluq döyüşü ilə bağlı heç bir müqavilə revanş döyüşünə mane ola bilməz.

Bundan sonra əvvəllər “müvəqqəti” çempion statusuna malik olan Jaron Ennis (31-0, 28 KO) tam IBF çempionu təyin edilib.

Qeyd edək ki, Krouford iyulun sonunda Spensi asanlıqla məğlub etmişdi.

Aut.az