AUT.AZ

Təsdiqləndi: İbra ilə danışıq aparırlar

“Milan”ın baş direktoru Corcio Furlani klubun keçmiş hücumçusu Zlatan İbrahimoviçlə danışıqlar haqda məlumat verib.

“Zlatan İbrahimoviçin komandamızda rəhbər posta qayıtmaq şansı var. Biz bunda iştirak edirik, bununla fəxr edərdik. Biz növbəti addımları müzakirə etmək üçün Zlatanla danışıqlar aparırıq”, – insayder Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Furlandan sitat gətirib.

İbrahimoviç 2010-2012 və 2020-2023-cü illərdə “Milan”ın şərəfini qoruyub. Beş mövsüm ərzində isveçli hücumçu 163 oyun keçirib, 93 qol vurub və 35 məhsuldar ötürmə verib.

“Milan”la İbrahimoviç iki dəfə İtaliya çempionluğu (2010/2011, 2021/2022), həmçinin İtaliya Superkubokunu (2011/2012) qazanıb.

2023-cü ilin iyununda İbrahimoviç 41 yaşında peşəkar karyerasını bitirdiyini elan etdi.

Aut.az

Exit mobile version