AUT.AZ

Kadi Rusiyanı cəmisi bir sözlə belə təsvir etdi

“Qarabağ”ın sabiq futbolçusu, hazırda “Krasnodar”da çıxış edən Kadi Borges Rusiya haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Kadi “RİA Novosti”yə verdiyi açıqlamada  Rusiyanı bir sözlə belə təsvir edib:

“Rusiyanı təsvir etmək üçün hansı sözlərdən istifadə edə bilərəm? Soyuq (gülür). Amma bu, başqa heç yerdə olmayan mədəniyyətə malik ölkədir. Adaptasiya olduqca rəvan gedir. Amma indiki soyuq hava hər şeyi çətinləşdirir, xüsusən də Moskvada. Krasnodarda o qədər də soyuq deyil, amma burada məşqə çıxanda soyuğa dözmək çətindir.

Ən çox sevdiyi rus yeməyi haqqında soruşduqda, Kadi kəsmikli pancake deyib. Futbolçu dil öyrənməkdəki uğurlarından da danışıb: “Mən ən sadə sözləri bilirəm: “Sabahınız xeyir”, “Günortanız xeyir”, “Gecəniz xeyrə”… Beləliklə, rus dilini öyrənmək ləng gedir. Dili dərin səviyyədə öyrənmirəm, sadəcə dinləyirəm, nəsə soruşuram, nəyisə xatırlayıram”.

Aut.az

Exit mobile version