AUT.AZ

Samir Abasov Murad Musayevi belə öldürdü

“Rəqib oyunçular vaxtı uzadırlar. Azərbaycan futbolu belə davam edəcəksə, inkişaf olmayacaq. Bir xal üçün bunları etmək düz deyil. Mənim komandam belə oynasa, futbolu buraxıb, başqa işlə məşğul olaram”.

Gün keçdi, cəmi cümlətanı bir ay oldu. Düz bir ay əvvəl – “Kəpəz”lə oyundan sonra demişdi Murad Musayev bu sözləri. Bir aydan sonra “Sumqayıt”la oyunda futbolçuları hesabı qorumaq üçün ilan kimi sürünürdülər yerdə, vaxtı uzadırdılar. Murad Musayevi isə qane edirdi belə futbol, zövq alırdı komandasının oyunundan.

Və futbolu buraxma fikri də yox idi. Olsaydı, oyundan sonra elan edib gedərdi Rusiyanın ucsuz-bucaqsız çöllərində özünə başqa iş axtarmağa. Murad Musayev getmədi, amma “Sumqayıt”ın baş məşqçisi Samir Abasov  öldürdü onu. Özü də  meydanda – Musayevin futbolçuları yerdə ilan kimi qıvrılıb vaxt uzadanda “alqışladı” Musayevi bu futbola görə. Abrı olan adam üçün elə ölümdür bu. “Keçmə gözəl Allahdan” deyimi var axı.

Cəmisi bir ay əvvəl “Kəpəz”in oyunu haqda o ifadələri işlədib həmkarını  aşağılayanda, bunun cavabı olacaqdı.

“Dilin varsa, dilçəyin də olsun”, “Sözünlə əməlin üst-üstə düşsün” deyiblər. Murad Musayevin dili varmış, dilçəyi yox. Murad Musayevin sözü ilə əməli üst-üstə düşmür.

Murad Musayev futbolu buraxmayacaq. Amma bunun o qədər də böyük əhəmiyyəti yoxdur artıq. Samir Abasov öldürdü onu. İndi götürün onun cəmdəyini atın Balaxanı zibilliyinə, qalıb çürüyər, üfunət iyi verər, virus yayar. Lənət şeytana, Balaxanı zibilliyi də heyfdir, Rusiyanın ucsuz-bucaqsız torpaqlarına nə gəlib ki. Atın ora, insan da yaşamır, virusa yoluxan da olmaz yəqin ki.

Natiq Muxtarlı

Exit mobile version