AUT.AZ

PFL çempionatın imicini “CBC Sport”un “naz”ına qurban verdi

Azərbaycan Premyer Liqasının 10-cu çərçivəsində keçirilən “Qəbələ” – “Araz Naxçıvan” matçı gözləniləndən gec start götürüb.

Aut.az xəbər verir ki, 16:30-da başlamalı olan görüşün startı 10 dəqiqə yubanıb. Buna səbəb çempionatım yayımçısı “CBC Sport” olub.

Belə ki, Qəbələdəki görüşdən əvvəl yayımlanan İtaliya A seriyasının “Roma” – “Montsa” matçı gözləniləndən gec başa çatıb. Buna görə də çempionat matçının gec başlaması qərara alınıb.

Aut.az

Exit mobile version