AUT.AZ

Ronaldoya hücum etdilər – FOTOLAR

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo AVRO-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə oyununda (5:0) onunla şəkil çəkdirmək istəyən azarkeşin hücumuna məruz qalıb.

Aut.az xəbər verir ki, hadisə matçın birinci yarısının sonunda, Ronaldo künc bayrağının yanında dayanarkən baş verib. Portuqaliyalı azarkeş meydançaya telefonla qaçaraq onu tutub. Lakin fanatı Ronaldonun yanından çəkən stüardlar vəziyyəti nizamlayıblar.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsində keçirdiyi səkkiz oyundan sonra Portuqaliya millisi 24 xal toplayaraq final mərhələsinə vəsiqəni erkən təmin edib.

 

Exit mobile version