AUT.AZ

Pakistan yığması 8 ildən sonra…

Pakistanda 8 ildən sonra ilk dəfə beynəlxalq futbol oyunu keçiriləcək.

Aut.az xəbər verir ki, Pakistan milli komandası bu gün paytaxt İslamabaddakı Cinnah İdman Stadionunda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Kambocanı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Təhlükəsizlik məsələlərinə görə komanda 2015-ci ildən bəri rəqiblərini başqa ölkələrdə, əsasən də Qətərdə qəbul edib.

Bu komandalar arasında Kambocada baş tutan ilk oyunda qapılara qol vurulmayıb. Qeyd edək ki, Pakistan evdəki son beynəlxalq oyununu 8 il əvvəl Əfqanıstana qarşı keçirib və 2:1 hesabıyla qalib gəlib

Exit mobile version