AUT.AZ

Onu saymayan futbolçuya belə qəzəbləndi – VİDEO

Əlcəzair millisinin baş məşqçisi Camel Belmadi ilə futbolçusu Səid Benrahma arasında münaqişə yaşanıb.

Aut.az xəbər verir ki, bu, Misirlə keçirilən yoxlama oyununda (1:1) baş verib.

Görüşün 63-cü dəqiqəsində baş məşqçi Belmadi Benrahmanı əvəzləyib. “Vest Hem”də çıxış edən müdafiəçi isə meydanı tərk edərkən baş məşqçisini görməzdən gəlib və onunla görüşməyib.

Bu zaman özündən çıxan Belmadi futbolçunun yaxasından yapşıb. Səid məşqçisiylə mübahisə etməyərək ehtiyat oyunçular skamyasına yollanıb.

 

Exit mobile version