AUT.AZ

Neymara çatdı

Dünən, oktyabrın 16-da Belçika millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveç millisi ilə qarşılaşıb. Terror aktı səbəbindən matç başa çatmayıb. Hesab 1:1 olarkən oyun dayandırılıb.

Bu görüşdə belçikalı hücumçu Romelu Lukaku qol vuraraq yığma komandaların bombardirləri siyahısında 9-cu yerə yüksəlib (79 qol). Braziliyalı Neymar da eyni sayda qol vurub.

Siyahıda lider portuqaliyalı Kriştiano Ronaldodur (127 qol). İkinci yerdə iranlı hücumçu Əli Daeidir (108 qol). “Üçlüyü” argentinalı Lionel Messi (104 qol) qapayır.

Lukaku 2010-cu il martın 3-də 16 yaşında Belçika millisində debüt edib. 13 mövsüm ərzində hücumçu 111 oyun keçirib.

Aut.az

Exit mobile version