AUT.AZ

Neymar prezidentlə dalaşdı, boykotla hədələdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqeslə dalaşıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Xose Karlos Arauxo sosial şəbəkələrdə yazıb. O bildirib ki, Neymar Rodrigeslə mübahisə zəminində onu təhqir edib, həmçinin Braziliya millisinin oyunlarını boykot edəcəyi ilə hədələyib.

Oktyabrın 13-də Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Venesuela millisi ilə heç-heçə oynayıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Aut.az

Exit mobile version