AUT.AZ

Bir dəqiqəlik sükut zamanı niyə gülürmüş?

“Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo Avro-2024-ün seçmə mərhələsində Fransa ilə oyunda (1:2) bir dəqiqəlik sükut zamanı niyə güldüyünə aydınlıq gətirib.

Cümə günü, oktyabrın 13-də “Johan Cruyff” Arenada İsrail-Fələstin münaqişəsi qurbanlarının, eləcə də gimnaziyaya hücum zamanı həlak olan Fransanın Arras şəhərindən olan müəllimin xatirəsi yad edilib. Sükut dəqiqəsi zamanı Todibonun güldüyü kameralara tuş gəlib.

“Mən vəziyyətin miqyası haqqında bir neçə söz demək istədim. Onun təfsiri olduqca çılğındır. Mən özümü laqeyd insan hesab etmirəm. Bu əsəbdən yaranan bir gülüş idi, mən heç bir şəkildə vəziyyətə lağ etmirdim”, – Todibo jurnalistlərə bildirib.

Aut.az

Exit mobile version