AUT.AZ

Azarkeşləri güllələyən şəxs öldürüldü

İki isveçli azarkeşi güllələyən şəxs polis tərəfindən saxlanılarkən döş qəfəsindən aldığı güllə yarasından ölüb.

Aut.az xəbər verir ki, bu barədə “DH Les Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, kişi təcili yardım maşınında reanimasiyaya aparılarkən yolda dünyasını dəyişib.

Cinayətkarın şəxsiyyəti daha əvvəl müəyyən edilmişdi. O,  Tunis əsilli Lassoued Abdeslamdır.

Xatırladaq ki, dünən, oktyabrın 16-da Brüsseldə (Belçika) Avropa çempionatının seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib.

Aut.az

Exit mobile version