AUT.AZ

Zlatana bu vəzifə verilir

“Milan”ın sahibi Cerri Kardinale “rossoneri”nin keçmiş hücumçusu Zlatan İbrahimoviçin İtaliya klubunda vəzifə tutmaq ehtimalından danışıb.

“Mən İbrahimoviçlə onun klubdakı mümkün rolu barədə danışdım. Zlatan kimi bir şəxs mənim əsas məsləhətçim ola və həm də liderlik ruhu ilə komandaya kömək edə bilər”, – jurnalist Nikolo Şira “X” sosial şəbəkəsində (keçmiş Twitter) Kardinaledən sitat gətirib.

Xatırladaq ki, İbrahimoviç bu yay karyerasını başa vuracağını açıqlamışdı. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu “Milan”dan başqa, “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted” və “Los-Anceles Qelaksi” klublarında da oynamağı bacarıb. Zlatan karyerası ərzində 819 oyun keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version