AUT.AZ

Vaxt-vədə yetişdi: Gələn həftə son təklif ediləcək

PSJ gələn həftə Kilian Mbappe ilə müqavilənin uzadılması təklifi ilə çıxış edəcək.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” nəşri məlumat verib.

24 yaşlı super ulduzun hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir. PSJ müqaviləni uzatmağa məcbur etmək üçün onu bir müddət əsas komandadan ayırdı. Daha sonra bildirildi ki, forvard rəhbərliyə komandadan təmənnasız ayrılmayacağına söz verib.

Danışıqların yeni raundunda təkcə PSJ və Kilianın deyil, Madridin “Real”ının da iştirak etməsi tamamilə mümkündür. 3 tərəf kompromis tapmağa çalışacaq ki, Mbappe 2024-cü ilin yayında kral klubunun futbolçusu olsun.

Bu mövsüm Kilian Mbappe parislilərin heyətində 9 oyun keçirib, 8 qol vurub.

Aut.az

Exit mobile version