AUT.AZ

“Şaxtyor” əfsanəyə tapşırıldı

“Şaxtyor”a müvəqqəti baş məşqçi təyin olunub.

Aut.az xəbər verir ki, Donetsk klubu Dariyo Srnanın təyinatını açıqlayıb. Xorvatiyalı bir müddətbaş məşqçi əvəzi kimi çalışacaq.

Srna “Şaxtyor”da idman direktoru vəzifəsini icra edir. Görünən odur ki, 41 yaşlı mütəxəssis bir müddət iki postda çalışacaq.

Dariyo “Şaxtyor”un əfsanəsi hesab edilir. Futbolçu kimi xorvatiyalı 2003-2018-ci illərdə “şaxtaçılar”ın heyətində çıxış edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna çempionu baş məşqçi Patrik van Leuvendən ayrıldığını açıqlamyıb. Niderlandlı mütəxəssis komandanın “sükanı arxası”nda cəmi 12 rəsmi oyun keçirib.

 

Exit mobile version