AUT.AZ

Rusiyaya qaçan futbolçunun atası danışdı: İndi daha təhlükəsiz olacaq

Ukrayna “Şaxtyor”unun Rusiyaya qaçan futbolçusu Aleksandr Rasputkonun atası Yuri Rasputko oğlunun taleyindən danışıb.

“Hələlik Saşanın “Şaxtyor”dan qaçmasının səbəbini deyə bilmərəm. Amma onu bilirəm ki, o, Rusiyada daha təhlükəsiz olacaq. Siyasi sığınacaq üçün müraciətlə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Oğlum bunu istəmədi. O, vətəni Donetskdə etdiyi kimi, sadəcə olaraq Rusiya pasportu üçün müraciət edəcək.

İndi Saşanı heç bir komandada gözləmək lazım deyil. Hər şeydən çox yorulmuşdu. İndi dincəlir, sonra baxarıq”, – deyə Rasputko bildirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatında Rasputkonun Rusiyaya qaçması ilə bağlı iki versiya yayılmışdı. Birinci versiya odur ki, oyunçu Rusiyayönümlü fikirlərə sadiqdir, bunun fonunda komanda yoldaşları ilə münaqişələri olub. İkinci versiyaya görə, Rasputko sadəcə olaraq “Şaxtyor”la yeni müqavilə ilə razılaşa bilməyib. Oyunçunun klubla əvvəlki müqaviləsi mövsümün sonuna qədər qüvvədə idi və Rasputko ona az maaş verildiyinə gər belə edib.

Aut.az

Exit mobile version