AUT.AZ

 “Ronaldo effekti” öz işini gördü: Səudiyyədə növbəti “partlayış” hazırlanır

Səudiyyə Ərəbistanı Pro Liqasının icraçı direktoru Karlo Nohra hazırda “Roma”ya rəhbərlik edən Joze Mourinyonun çempionata mümkün gəlişi haqda danışıb.

Əvvəllər Mourinyo bir gün Səudiyyə Ərəbistanında işləyəcəyinə əmin olduğunu bildirib.

“Şübhəsiz ki, “Ronaldo effekti” bizim liqamıza qeyri-adi təsir etdi. Bu, medianın marağı, tələb və televiziya müqavilələri baxımından hər şeyi dəyişdi.

Mourinyonun növbəti yüksək səviyyəli alışımız olacağını deyə bilmərəm, lakin onun mümkün gəlişinin bir çox cəhətdən çempionatımız üçün daha bir keyfiyyət sıçrayışı olacağı açıq-aydındır”, – “Tuttomercatoweb” rəsmidən sitat gətirib.

Aut.az

Exit mobile version