AUT.AZ

Messini Çin aeroportunda saxlayıblar: Qalmaqallı sual verib

Argentina millisinin lideri Lionel Messi iyun ayında Avstraliya ilə oyun üçün Çinə daxil olarkən problemlə üzləşibmiş.

Aut.az xəbər verir ki, Leo həmin vaxt sərhədçilərə qalmaqallı sual da verib. Messi Çinə şəxsi təyyarə ilə gəlib, lakin sərhəd nəzarətində saxlanılıb və onun pasportunu əlində tutan polisin görüntüləri internetdə yayılıb.

Problem onda olub ki, “Barselona”nın əfsanəsinin iki pasportu var: İspan və Argentina. O, gənclik illərində Barselonaya köçdükdən və yetkin həyatının çox hissəsini orada keçirdikdən sonra İspaniya vətəndaşlığını alıb. Messi səfərinin məqsədi kimi ölkəsini təmsil etmək olduğunu bildirsə də, Argentina pasportu ilə yox, İspaniya pasportu ilə səyahət edib.

Bununla əlaqədar olaraq, Messi Pekində paytaxt hava limanında iki saat gözləməli olub və işçilərə “Tayvan Çin deyilmi?” sualını da verib.

Məsələ ondadır ki, İspaniya pasportu olan insanlar Çinin cənub-şərqindən 150 km aralıda yerləşən Tayvana 90 gündən çox olmamaq şərti ilə vizasız daxil ola bilərlər. Messi eyni durumun Çinə səfərlərə də şamil olunduğunu güman edib, ona görə də, “Tayvan Çin deyilmi” sualını verib.

Nəticədə Messi sürətləndirilmiş prosedur əsasında viza alıb və ölkəyə buraxılıb. O, Argentinanın 2:0 hesabı ilə qalib gəldiyi oyunda meydana çıxıb.

Aut.az

Exit mobile version