AUT.AZ

Kvaratsxeliya evləndi

“Napoli”nin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya sevgilisi Nitsa Tavadze ilə evlənib.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mənbələrin məlumatına görə, toy mərasimi Mtsxetadakı Transfiqurasiya kilsəsində baş tutub. Mərasimdə yalnız cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.

Futbolçunun həyat yoldaşı qeyri-ictimai şəxsdir. Qızın Tbilisidə tibb universitetində təhsil aldığı məlum olub. Cütlük bir neçə ildir ki, görüşür. Qeyd edək ki, Kvaratsxeliya hər qolu həyat yoldaşına həsr edir və hətta bunun üçün xüsusi jest də göstərir.

Bu mövsüm gürcü cinah yarımmüdafiəçi “Napoli”nin heyətində bütün yarışlarda doqquz oyun keçirib və bir qol vurub, üç məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 85 milyon avrodur.

Aut.az

Exit mobile version