AUT.AZ

İstefaya göndərildi

Ukraynanın “Şaxtyor” klubu baş məşqçi Patrik van Livenin istefa verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı mütəxəssislə birlikdə bütün məşqçilər korpusu klubu tərk edib.  Onun rəhbərliyi altında “şaxtaçılar” cəmi 12 rəsmi oyun keçirib.

“Şaxtyor” Patrik van Livenə və onun köməkçilərinə peşəkarlıqlarına görə təşəkkür edir və onlara gələcəkdə uğurlar və qələbələr arzulayır!” məlumatda deyilir.

Aut.az

Exit mobile version