AUT.AZ

Avstriyalılar Bakıda məşqçiyə “hücum” çəkdilər: pivə içəcəksən – VİDEO

Bu gün Avro-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçirilir.

Aut.az xəbər verir ki, F qrupunda yer alan Avstriya Azərbaycan millisinin qonağı olub. Bu görüş “ağ-qırmızılar”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Bu uğur sayəsində xalqlarının sayını 16-ya çatdıran avstriyalılar 16 illik fasilədəm sonra Avropa Çempionatının final mərhələsində oynamaq imkanı qazanıblar.

Oyundan sonra isə maraqlı hadisə yaşanıb. Qonaq futbolçular baş məşçi Ralf Ranqnikin mətbuat konfransına “hücum çəkiblər”. Qələbə mahnısı oxuyan avstriyalılar onu pivəyə qonaq ediblər.

Exit mobile version