AUT.AZ

Türkiyə superkuboku niyə Bakıda keçirilməyib? – ŞOK SƏBƏB

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeşki “Qalatasaray” – “Fənərbağça” komandaları arasında keçiriləcək Superkubok matçının Səudiyyə Ərəbistana təyin edilməsi səbəbindən danışıb.

Aut.az xəbər verir ki, o, maddiyata görə Azərbaycanı seçmədiklərini bildirib:

“Səudiyyə Ərəbistanında oyun təşkil etmək təkcə maddiyyata görə deyil, imic baxımından çox önəmlidir. Neymar və Kriştiano Ronaldo kimi ulduzlar orada oynayır.

Superkuboku Almaniyada təşkil etmək istədik. Ancaq onlar təhlükəsizliyi əsas gətirərək bundan imtina etdilər. İngiltərəylə də danışdıq. Eyni səbəb göstərildi. Heç bir Avropa ölkəsi bu oyunu qəbul etmək istəmir.

Azərbaycan “gəlin superkuboku bizdə keçirin” dedi. Ancaq orada pul yoxdur”.

Qeyd edək ki, sözügedən matç ilin son günlərində keçiriləcək.

Aut.az

Exit mobile version