Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 7-ci tur oyununu keçirib.
Aut.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə Estoniya ilə qarşılaşıb. Bu oyun 1 xala malik olan qrup autsayderlərinin dueli hesab edilirdi. Tallində keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb və yığmamızın qələbəsi ilə yekunlaşıb.
Qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək.
Avro-2024: Seçmə mərhələ, 7-ci tur
13 oktyabr
20:00 Estoniya – Azərbaycan 0:2
Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4 (pen)
Baş hakim: Robert Şröder.
Tallin. “Le Koq Arena”.
Estoniya: 12. Karl Heyn, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vasilyev (k), 17. Martin Miller, 20. Markus Pum.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyama, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaşuk, 23. Vlasi Sinyavski.
Baş məşqçi: Tomas Heberli.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.