AUT.AZ

Fərrux Mahmudov “Neftçi”ni ələ saldı – FOTOFAKT

Bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan millisi 7-ci tur çərçivəsində səfərdə Estoniya ilə qarşılaşıb və 2 cavabsız qolla qələbə qazanıb.

Aut.az xəbər verir ki, yığmanın uzun fasilədən sonra rəsmi görüşdə qələbə qazanması bir qrup insanı sevindirib. Onlar arasında “Neftçi”nin icraçı direktoru Fərrux Mahmudov da olub.

O, “Facebook” səhifəsindəki paylaşımında “Təbriklər, milli! Neftçimizdən görək!” sözlərini yazıb. Bununla Mahmudov rəhbəri olduğu klubu əməllicə ələ salıb. Hörmətli funksionerin “Neftçi”dən görmək istədiyi şey nədir? Bəlkə o da qələbəyə həsrət qalan komandasından bezib və üstüörtülü mesaj göndərib.

 

Exit mobile version