İngiltərə

Çempionatda bərbad çıxış edirlər, ÇL-dən dəm vururlar

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Rafael Varan “qırmızı şeytanlar”ın bu mövsüm Çempionlar Liqasını qazana biləcəyinə inanır.

“Bəli, mən belə düşünürəm. Yüksək keyfiyyətli heyətimiz var. Bu yarışmada hər bir detala diqqət yetirmək lazımdır. Bəzi şeyləri yaxşılaşdırmalıyıq, gözlədiyimiz kimi başlamadıq, lakin biz dünyanın ən yaxşı komandaları ilə rəqabət aparmağa qadirik”, – “The Athletic”in jurnalisti Lori Uitvell sosial şəbəkələrdə Varandan sitat gətirib.

“Mançester Yunayted” Çempionlar Liqasında A qrupundan qərarlaşıb.

İlk oyunda “Bavariya”ya 3:4 hesabı ilə məğlub olan “Mançester Yunayted” hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Ten Haqin komandası qrupdan çıxmaq üçün “Kopenhagen” və “Qalatasaray”la da mübarizə aparacaq.

Qeyd edək ki, MY Premyer Liqaya da uğursuz start verib.

Aut.az