Tayson bu döyüşlə bağlı proqnoz verdi: Yoracaq, sonra da…
Əfsanəvi Mayk Tayson WBC versiyasında ağır çəkidə kəmər sahibi Tayson Fyuri (33-0-1, 24 KO) ilə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usik (21-0, 14 KO) arasında keçiriləcək döyüş üçün proqnoz verib.
“Fyuri qalib gələcək, onu məğlub edəcək. Usik bütün döyüş boyu britaniyalıdan qaça bilməyəcək, Tayson onu yoracaq və sonra döyməyə başlayacaq.
Usik bütün titulları ayaqları ilə qazanmayacaq. Mən Usikin böyük pərəstişkarıyam, amma o, qaçaraq Taysonu məğlub edə bilməz. Nəhayət o, döyüşməli olacaq”, – Tayson deyib.
Fyuri-Usik döyüşü 29 aprel 2023-cü ildə baş tutmalı idi, lakin tərəflər razılığa gələ bilməyib. Yeni potensial tarix 23 dekabr 2023-cü ildir, lakin 2024-cü ilin yanvarı da ola bilər. Məkan Səudiyyə Ərəbistanı olacaq.
Aut.az
