Simeone Ançelottiyə çatdı
“Atletiko” La Liqanın 6-cı turunda “Real”ı 3:1 hesabıyla məğlub edib.
Aut.az xəbər verir ki, “qalaktikos” un baş məşqçisi Karlo Ançelotti bütün turnirlərdə “hindular”dakı həmkarı Dieqo Simeonedən səkkizinci məğlubiyyətini alıb.. Bununla da mütəxəsislərin üz-üzə gələn görüşlərdə bir-birləri üzərindəki qələbə sayında bərabərlik yaranıb.
Qeyd edək ki, Karlo məşqçilik karyerasında yalnız Luçano Spalettiyə daha çox uduzub – 11 dəfə.
