500 milyon izləyiciyə çatan ilk idman klubu
“Real”ın sosial şəbəkə hesabları üzrə izləyici sayı ümumilikdə 500 milyona çatıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Real” sosial şəbəkələrdə bu saya çatan ilk idman klubu olub.
Madrid təmsilçisinin ümumilikdə 7 dildə 37 rəsmi hesabı var.
