AUT.AZ

“Molde”nin baş məşqçisindən Azərbaycana açıq dəstək – Video

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən “Qarabağ” – “Molde” matçından (1:0) sonra maraqlı an yaşanıb.

Aut.az xəbər verir ki, qonaqların baş məşqçisi Erlinq Moe keçirilən mətbuat konfransının sonunda hər kəsi təəccübləndirən addım atıb. O, Qarabağ iqtisadi rayonun separatçılara qarşı lokal antiterror tədbirləri görən Azərbaycanı dəstəklədiyini açıq şəkildə etiraf edib:

“Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladığını deməliyəm. Hazırda sizin üçün çətin dönəmin olduğunu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı olacaq”.

Onun bu sözləri media nümayəndələri tərəfindən alqışla mükafatlandırılıb.

Exit mobile version