AUT.AZ

Vurduqları qolu Azərbaycan Ordusuna həsr etdilər – Video

Futbol üzrə Azərbaycan İkinci Liqasının 3-cü turu çərçivəsində keçirilən “Füzuli” – “Qusar” matçında maraqlı an yaşanıb.

Aut.az xəbər verir ki, rəqibini “ASK Arena”da qəbul edən Qarabağ təmsilçisi 54-cü dəqiqədə hesabı açıb. “Sarı-qaralar”ın üzvləri vurulan qolu əsgər salamı verərək qeyd ediblər. Bununla “Füzuli” futbolçuları Qarabağda anterror tədbirləri görən Azərbaycan Ordusuna dəstəyini nümayiş etdiriblər.

Qeyd edək ki,Füzuli” – “Qusar” matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Exit mobile version