AUT.AZ

Ronaldo ilə Mane vurdu, “Əl-Nəsr”… – VİDEO

Sentyabrın 16-da futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda “Əl-Raed” “Əl-Nəsr”i qəbul edib.

Oyun 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Əl-Nəsr”in qollarına Sadio Mane, Anderson Taliska və Kriştiano Ronaldo vurub.

“Əl-Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatında 5-ci yerdədir. Komandanın 6 turdan sonra 12 xalı var. Lider “Əl-Hilal”ın isə 16 xalı var.

Səudiyyə Ərəbistanı çempionatı, 6-cı tur:

“Əl-Raed” – “Əl-Nəsr” – 1:3

Qollar: Fuzair, 89 – Mane, 45+1, Taliska, 49, Ronaldo, 78

Günün digər nəticələri:

“Əbha” – “Əl-İttifaq” – 1:3

“Əl-Hazem” – “Əl-Tai” – 1:1

 

Exit mobile version