AUT.AZ

Gəncədə insident: Klub rəsmisi azarkeşlərlə mübahisə etdi – VİDEO

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Kəpəz” “Səbail” oyununda insident yaşanıb.

Aut az xəbər verir ki, Gəncə təmsilçisinin 16-cı dəqiqədə buraxdığı ikinci qoldan sonra yerli azarkeşlər “istefa” şüalarını səsləndirməyə başlayıblar. Bu zaman klubun mühafizə xidmətinin rəhbəri Elmar Əliyev onlara kəskin şəkildə etirazını bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra ara sakitləşib.

Exit mobile version