AUT.AZ

Şahruddin Türkiyənin bu klubuna keçir – FOTOFAKT

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandadan ayrıla bilər.

Aut.az xəbər verir ki, milli komandamızın üzvü Türkiyənin “Adana Dəmirspor” klubunun maraq dairəsinə düşüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddia olunur ki, Super Liqa təmsilçisi 29 yaşlı qolkiperi heyətinə qatmağa hazırlaşır. Adana klubunun Şahruddinlə müqavilənin şərtlərində anlaşdığı bildirlir. Tərəflər müddəti 2+1 illik sözləşməyə imza atacaq.

İddiaya görə, bu keçid üçün “Adana Dəmirspor”un “Qarabağ”a təzminat ödəməyəcəyi bildirilir.

Türkiyə təmsilçisi Şahruddinə əsas heyətdə şans vermək istəyir. Buna səbəb ölkə futbolundakı yeni legioner limitinə görə “Şah”ın legioner hesab edilməməsidir

Qeyd edək ki, yeni qaydalara əsasən, türk dövlətlərindən olan bir futbolçu oyunun iştirak ərizəsində mavi karta sahib olur və legioner hesab edilmir.

Exit mobile version