AUT.AZ

“Sabah” istədi, “Neftçi” transfer etdi

“Neftçi” növbəti transferini reallaşdırıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” “Sabah”ın da heyətinə qatmağa çalışdığı Reziuan Mirzovun keçidini tamamlayıb. Azad agent statusuna malik olan 30 yaşlı futbolçu ilə razılıq əldə olunub. Onun bu gün və ya sabah müqavilə bağlamaq üçün Bakıya gələcəyi gözlənilir.

Son mövsümü “Ximki” klubunda keçirən rusiyalı yarımmüdafiəçi ilə 30 yaşlı oyunçu 2 illik müqaviləyə imza atacaq.

Exit mobile version