AUT.AZ

UEFA FİFA-ya qarşı çıxdı: Absurddur, dəlilikdir

UEFA Avropa yarışlarında və milli komanda turnirlərində FİFA və Premyer Liqanın yolu ilə getməyi planlaşdırmadığını bildirib.

Aut.az xəbər verir ki, FİFA hakimlərə tövsiyə edib ki, qarşılaşmaya əlavə edilmiş dəqiqələri maksimum dərəcədə artırsınlar.

DÇ-2022-nin oyunları zamanı hakimlər qarşılaşmaya 10 və ya daha çox dəqiqə əlavə edirdilər. UEFA bunu düzgün hesab etmir.

“Bu absurddur. Mütəmadi olaraq 12, 13, 14 dəqiqə əlavə vaxt təyin edirlər. Biz daim sıx təqvimi və çox sayda matçın olmasını tənqid edirik. Və indi hətta kompensasiya edilmiş vaxt da artırılır. Dəlilikdir, biz belə etməyəcəyik”, – UEFA bəyan edib.

Aut.az.

Exit mobile version