AUT.AZ

Taysonun ən çox sevdiyi tennisçi: Həzz alıram

Ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson hansı tennisçinin oyununa baxmağı xoşladığını açıqlayıb.

“Tennis əla idman növüdür, mən bu idman növünün böyük həvəskarıyam. Novak Cokoviçin oyunlarını izləməkdən həzz alıram”, – deyə Mayk bildirib.

Tayson idmanda böyük uğur qazanmaq arzusunda olan bütün uşaqlara da tövsiyələr verib: “Uğur qazanmaq üçün vaxt lazımdır. Bu, əvvəlcə tam başa düşmədiyiniz bir şeydir. İdman mənə və ailəmə təsir və ilham verməkdə davam edir”, – deyə keçmiş çempion əlavə edib.

Tayson bu il Rolan Qarros zamanı tribunalarında görünüb. O, Cokoviçin Karlos Alkarasa qarşı oyununu izləyib.

Qeyd edək ki, Taysonun 14 yaşlı qızı Milan tennislə məşğul olur.

Aut.az

Exit mobile version