AUT.AZ

Mahir oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

Aut.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi “Sparta”nın qonağı olub. Praqada keçirilən görüş Çexiya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə “Sparta” Avqopa Liqasının, “Dinamo” isə Konfrans Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Mahir Emreli matçın 71-ci dəqiqəsində – rəqib 3:1 hesabı ilə öndə olarkən meydana daxil olub və fərqlənə bilməyib.

Exit mobile version