AUT.AZ

“Qarabağ” niyə dağılmır?

“Hakimlər qonaqlara qarşı daha ehtiyatlı davranırdı. Amma bu belədir, Avropada görkəmli komandalar daha çox qorunur. Bu da normaldır”.

“ Olimpiya”nın baş məşqçisi, portuqaliyalı Joao Enrikenin sözləridir.

“Porto”, “Benfika” kimi görkəmli klubları olan bir ölkənin məşqçisi “Qarabağ”ı da “görkəmli” statusunda görür.

Möcüzədir, vallah. Uzun illər futboluna Rövnəq Abdullayev, Elxan Məmmədov kimi möcüzə-kadrların rəhbərlik etdiyi bir ölkədə portuqaliyalını “görkəmli” ifadəsini işlətməyə vadar edəcək komanda yaratmaq.

Həm də əhalisinin az qala 80 faizinin uğurlu insana nifrət etdiyi bir ölkədə. Möcüzədir, vallah.

Bu 80 faiz Qurban Qurbanovu vuracaq status yazmaq üçün “Qarabağ”ın məğlubiyyətini, çöküşünü  arzulayır. Onların kinli baxışları altında çökməmək möcüzədir, vallah.

Bu ölkənin əhalisinin az qala 80 faizi Mutunu, Murad Musayevi sevir, Qurban Qurbanova nifrət edir. Yəni özünə nifrət edir bu xalq. Özünə nifrət edən xalqın arasında portuqalın “görkəmli” hesab etdiyi komanda qurmaq, onu qorumaq… Möcüzədir, vallah.

Natiq Muxtarlı

 

 

Exit mobile version