AUT.AZ

Mahir Emreli üçün yeni baş məşqçi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo”nun (Zaqreb, Xorvatiya) yeni baş məşqçisi məlum olub.

Aut.az xəbər verir ki, Zaqreb təmsilçisinin sükanı Sergey Yakiroviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yakiroviçin son ünvanı “Riyeka” olub.

Mütəxəssis “Dinamo”da istefaya göndərilən İqor Bişçanı əvəzləyib.

Exit mobile version