AUT.AZ

“Sabah”ın rəqibi qələbə qazandı

“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan “Partizan” Serbiya Super Liqasında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Belqrad təmsilçisi II turda “Voyvodina” səfərinə yollanıb. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb – 2:0.

Hesabı 47-ci dəqiqədə bu yay “Neftçi”ni “Partizan”a dəyişən Mateus Saldanya açıb. Digər qolu isə 74-cü dəqiqədə Kvensi Menig vurub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran paytaxt klubu dördüncü pilləyə yüksəlib.

Qeyd edək ki, “Sabah” və “Partizan” arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda keçiriləcək.

Exit mobile version