AUT.AZ

Daha 8 komanda mərhələ adladı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatıb.

Aut.az xəbər verir ki, ikinci oyun günündə keçirilən 8 qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. İlk matçda rəqibini darmadağın edən zaqreblilər ikinci görüşdə də qələbə qazanaraq (2:0) mərhələ adlayıblar..

Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb.

Bundan başqa, Farer adalarının “Klaksvik”, İsveçrənin “Servett”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa), “Rakuv” və Danimarkanın “Kopenhagen” komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.

Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş 4 cavab oyunundan sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları III raunda yüksəliblər

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunları
2 avqust

Dinamo (Zaqreb, Xorvatiya) – Astana (Qazaxıstan) 0:2 (İlk oyun – 0:4)

Qarabağ (Azərbaycan) – Rakuv (Polşa) 1:1 (İlk oyun – 2:3)

Haken (İsveç) – Klaksvik (Farer adaları) 3:3 (Əlavə vaxtda 1:1; Penaltilər seriyasında 3:4) (İlk oyun – 0:0)

Molde (Norveç) – HİK (Finlandiya) 2:0 (İlk oyun – 0:1)

Makkabi (Hayfa, İsrail) – Şerif (Moldova) 4:1 (Əlavə vaxtda 2:0) (İlk oyun – 0:1)

Genk (Belçika) – Servett (İsveçrə) 2:2 (Penaltilər seriyasında 1:4) (İlk oyun – 1:1)

Kopenhagen (Danimarka) – Breydablik (İslandiya) 6:3 (İlk oyun – 2:0)

22:30 Qalatasaray (Türkiyə) – Jalgiris (Litva) – 1:0 (İlk oyun – 2:2)

Exit mobile version