AUT.AZ

Yeni kapitan kim oldu?

“Liverpul”un müdafiəçisi Vircil van Deyk, Jordan Hendersonun “Əl-İttifaq”a keçməsindən sonra komandanın yeni kapitanı olub.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vitse-kapitan Ceyms Milnerin yerinə Trent Alexander-Arnold təyin edilib.

Henderson 2015-ci ildən, Stiven Cerrardın komandadan ayrılmasından sonra “Liverpul”un kapitanı idi. Cerard bu yay “Əl-İttifaq”ın baş məşqçisi vəzifəsinə keçib.

32 yaşlı Van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Aut.az

Exit mobile version