AUT.AZ

Mahir Emreli rəmzi komandada – FOTO

Azərbaycan millisinin və “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli Xorvatiya çempionatında II turun rəmzi komandasına düşüb.

Aut.az xəbər verir ki, “İstra” ilə matçda (3:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı hücumçu ən yüksək reytinq xalı alan dördüncü oyunçu olub.

Təcrübəli forvardın sözügedən qarşılaşmadakı çıxışı 8,2 xalla qiymətləndirilib.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə “Konyaspor”unda keçirib.

Exit mobile version