AUT.AZ

İstintaq qərarını açıqladı: Alveşi nə gözləyir?

Kataloniya paytaxtının 15 saylı İstintaq Məhkəməsi futbolçu Dani Alveşə qarşı istintaqı yekunlaşdırıb.

Aut.az xəbər verir ki, istintaqın qənaətinə görə, onun işində 2022-ci il dekabrın 30-da Barselonanın gecə klubunun tualetində 23 yaşlı qıza təcavüzünün bütün əlamətləri var.

Bu barədə “El Mundo” məlumat yayıb. Çərşənbə günü, avqustun 2-də “Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi ittihamdan xəbərdar olmaq və dinləmə tarixini təyin etmək üçün məhkəməyə aparılacaq. İdmançını 10 ilə qədər həbs cəzası gözləyir.

Alveş yanvarın 20-dən həbsdədir. Barselona məhkəməsi onun iki dəfə müvəqqəti azadlığa buraxılması tələbini rədd edib. Buna səbəb Alveşin baş verənlərlə bağlı 3 fərqli versiya söyləməsi olub.

Aut.az

Exit mobile version