AUT.AZ

Heç getmək istəmir: Fərqli sonluq arzulayırmış

“Əl-Nəsr”ə keçməyə hazırlaşan “Bavariya”nın hücumçusu Sadio Mane Münhen komandasını tərk etdiyinə görə peşman olduğunu etiraf edib.

Mətbuatda yayılan xəbərlərə görə, transferin təşəbbüskarı “Bavariya”dır. Münhen klubu gələn mövsüm üçün futbolçuya güvənmir.

“Bavariya”dan ayrılmaq məni incidir. Fərqli sonluq istərdim. Bu mövsüm komandaya kömək edə biləcəyimi bilirəm. Bu mövsüm bunu hamıya sübut etmək istərdim. Buna baxmayaraq, kluba və azarkeşlərə gələcək üçün ən yaxşısını arzulayıram”, – deyə jurnalist Florian Plettenberg öz “Twitter” səhifəsində Manedən sitat gətirib.

31 yaşlı seneqallı ötən mövsüm klubda meydana çıxdığı 38 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version