AUT.AZ

Fantastik təklif: 140 milyon klubuna, həftədə 1 milyon da…

“Əl-Hilal” “Napoli”nin hücumçusu Viktor Osimhen üçün fantastik təklif göndərib.

Aut.az xəbər verir ki, Səudiyyə klubu Osimheni italyanlardan 140 milyon avroya almağa hazır olduğunu bildirib və futbolçunun özünə həftəlik 1 milyon avrodan çox maaş təklif olunub. Bu barədə “Sky Sports” məlumat yayıb.

Qeyd olunur ki, “Napoli” ötən mövsüm klub səviyyəsində 39 matçda 31 qol vuran Osimhen üçün 150 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.

Daha əvvəl Osimhenin 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı “Napoli” ilə razılaşa bilməyəcəyi bildirilirdi.

Aut.az

Exit mobile version