AUT.AZ

Bu xəbərə xeyli gülüblər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməkdə maraqlı olması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

“Biz bu xəbərə xeyli güldük. Deyə bilərəm ki, o, həqiqətən də yaxşı oyunçudur. Amma məsələnin maliyyə tərəfi bizə qətiyyən uyğun gəlmir.

Mən bu hekayəni pozmaq istəmirəm, amma bildiyim qədəri ilə burada heç nə yoxdur. Baxmayaraq ki, bəlkə klubda kimsə nəsə edir və mənim üçün sürpriz hazırlayır! Amma komandada işlədiyim səkkiz il ərzində heç vaxt belə hal olmayıb. Bu, ilk dəfə olacaq”, – deyə “Athletic” Kloppdan sitat gətirib.

Aut.az

 

 

Exit mobile version