AUT.AZ

Musa Qurbanlı oynadı?

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Myalbü” ilə qarşılaşıb. Görüş “Yurqorden”in qələbəsiylə başa çatıb – 1:0.

Musa da bu görüşün iştirakçısı olub. Oyuna ehtiyatda başlayan forvard 72-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

“Yurqorden” 33 xalla 4-cü sıradadır.

Exit mobile version