AUT.AZ

“Kəpəz” rəhm etmədi

Çempionata hazırlığı davam etdirən “Kəpəz” yoxlama oyununda əvəzedicilərlə qarşılaşıb.

Aut.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşan matç Azər Məmmədovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.

Exit mobile version