AUT.AZ

“Barsa”nın qapıçısı PSJ-də

“Barselona”nın ehtiyat qapıçısı Arnau Tenas PSJ-yə keçib.

Aut.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

“Bu gözəl kluba qoşulduğum və ailənin üzvü olduğum üçün çox şadam. PSJ-nin tarixində çox yaxşı qapıçılar olub”, – deyə Tenas bildirib.

22 yaşlı qolkiper Fransa klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Arnau bir neçə mövsüm “Barselona”nın ikinci komandasının əsas qapıçısı olub və 2020/2021 mövsümündən başlayaraq mütəmadi olaraq Kataloniya klubunun əsas komandasına çağırılıb.

Aut.az

Exit mobile version